AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XVI turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub və müvafiq qərarlar verilib.
“Kəpəz”lə görüşdə (0:3) ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Emil Səfərov bir oyunluq cəzalandırılıb, klub isə 500 manat cərimələnib.
“Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilib. Həmçinin, “Sabah” – “Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilib.
“Turan Tovuz”la matçda hesab tablosu işləmədiyi üçün “Neftçi” klubu da xəbərdarlıq alıb. Bundan başqa, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat ziyana düşüb.
Leyla SABİRQIZI
XQ