Elşanə Rüstəmzadə bürünc mükafata layiq görülüb

post-img

Azərbaycan Karate Federasiyasının idmançısı Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb. 

XQ Azərbayacan Karate Federasiyasına istinadən bildirir ki, təmsilçimiz dünya çempionatında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb. Qazaxıstanda keçirilmiş yarışda mübarizə aparan Elşanə 50 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib. 

Xatırladaq ki, buna qədər Nəzrin Hacıyeva mundialın qızıl medalına layiq görülmüşdü. Milli komandamızın digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi, Dünya Qran Prisinin gümüş medalçısı olmuş Cəmil Kazımlı isə +65 kq çəki dərəcəsində 3-cü yeri tutmuşdu.

Elçin ABBASOV
XQ

İdman