Avropalı azarkeşlər Emin Mahmudovun qolunu seçdilər

post-img

"Avro-2024"-ün seçmə mərhələsində IX turun ən yaxşı qolu müəyyənləşib. XQ UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun Bakıda İsveç yığmasına qarşı oyunda vurduğu ikinci qol "Avro-2024"-ün IX turunun ən yaxşı  qolu sayılıb.

Bu qərar ali futbol qurumunun saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən verilib. Belə ki, azarkeşlər 30 yaşlı yarımmüdafiəçinin meydanın mərkəzindən rəqib qapısından keçirdiyi topu turun qolu adlandırıblar.

Xatırladaq ki, qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Elçin ABBASOV
XQ

İdman