"İrəvan" komandası növbəti qələbəsini qazandı

post-img

Bu gün I Liqa oyunları çərçivəsində keçirilən qarşılaşmada "İrəvan" futbol  komandası azarkeşlərinə yenidən qələbə sevincini yaşada bilib.

Belə ki, 9-cu turun oyunları çərçivəsində Ağsunun "Difai" komandasını qəbul edən "İrəvan" qonaqlar üzərində qələbə qazanıb. “İrəvan” FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlıdan aldığımız məlumata görə, ASK Arenada baş tutan matçda ev sahibləri qonaqları 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər-3:1.















İdman