Rusiyanın paytaxtı Moskvada keçirilmiş beynəlxalq turnirdə Azərbaycan karateçiləri 7 medala sahib olublar.
Təmsilçilərimizdən Asiman Qurbanlı və Mədinə Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda məğlub olan Rafiz Həsənov 2-ci yeri tutub.
Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə üçüncü pillələrdə qərarlaşıblar.
Yarışda 27 ölkədən 331 idmançı iştirak edib.
Leyla SABİRQIZI
XQ