“Sabah” “Bağçaşəhər”ə uduzub

post-img

FIBA Avropa Kubokunun müntəzəm mövsümündə “Sabah” basketbol klubu növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan 5-ci matçda Türkiyə klubu “Bağçaşəhər”lə üz-üzə gəlib. Görüş rəqibin 99:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda 65:83 hesabı ilə uduzub. “Sabah” qrupda keçirdiyi 4 oyunun yalnız 1-də qələbə qazanıb, 3-də məğlub olub. “Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. 

Leyla SABİRQIZI 
XQ

İdman