Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Kəpəz” klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.
XQ klubun mətbuat xidmətinə istinadən bildirir ki, “Sarı-göylər” sabiq oyunçunun vəfatından kədərləndiklərini bildirib və onun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır.
Elçin ABBASOV
XQ

