U-21 millimizin ilk uğuru

post-img

Avropa çempionatının seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası növbəti matçını keçirib. 

F qrupunda yer alan millimiz Lüksemburqla üz-üzə gəlib. 

“Azərsun Arena”­da keçirilən qarşılaşma Azərbaycan komandası­nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Avtoqlun qeydə alındığı oyunda komandamızın digər qollarını 41-ci dəqiqədə penalti­dən Nəriman Axundzadə və 90+1-ci dəqiqədə Ağada­daş Salyanski vurub.

Görüşü moldovalı Dumitri Muntean idarə edib. 

Xatırladaq ki, U-21 millimiz ilk iki oyunda – səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub. 

Leyla SABİRQIZI 
XQ

 

İdman