AVRO-2024: İsrail millisinin daha bir oyunu təxirə salınıb

post-img

AVRO-2024-ün seçmə mərhələsinin İ qrupunun Kosovo - İsrail oyunu təxirə salınıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, buna Fələstin və İsrail ərazilərində davam edən münaqişə səbəb olub.

Oktyabrın 15-də keçirilməsi planlaşdırılan matçın yeni tarixinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl seçmə mərhələnin İsrail – İsveçrə oyunu eyni səbəbdən təxirə salınıb.

İdman