Gənc cüdoçumuz dünya çempionu olub

post-img

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kq) Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb.

İdmançımız həlledici qarşılaşmada ABŞ təmsilçisi Cek Yonezukanı məğlubiyyətə uğradıb. 

Qeyd edək ki, bundan əvvəl digər cüdoçumuz Nizami İmranov (60 kq) yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.

L.AZAD
XQ

İdman