Hava dəyişkən buludlu...

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən bulud­lu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunun­dan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70–80 faiz, gündüz 50–60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmur­suz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında ara­bir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.

Q.QƏZƏNFƏR
XQ

Ekologiya