I Liqa: "Şamaxı"dan böyük hesablı qələbə

post-img

Bu gün futbol üzrə Azərbaycan I Liqasında daha bir oyun keçirilib. "XQ" Peşəkar Futbol Liqasının məlumatına istinadən xəbər verir ki, "Şamaxı" klubu "Araz Saatlı" üzərində böyükhesablı qələbə qazanıb. Belə ki, Şamaxı şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "şirlər"in bu qələbəsi I liqanın II turuna təsadüf edib. Bu qələbədən sonra "Şamaxı"nın turnir cədvəlində 4 xalı var və ikinci pillədə qərarlaşıb. Keçirdiyi hər iki turda məğlub olan "Araz Saatlı" isə autsayderdir.

Günün digər matçında isə "Mingəçevir"  "Qaradağ Lökbatan"la qarşılaşıb. Həmin görüşdə isə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Bu qələbədən sonra 4 xal toplayan "Qaradağ Lökbatan" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Hər iki turda məğlub oıan "Mingəçevir" isə 9-cu yerdədir.

Onu da əlavə edək ki, I Liqaya 6 xalı olan MOİK başçılıq edir.

Elçin ABBASOV,
XQ

İdman