19 sentyabr İsveçrənin Mis şəhərində, 2025-ci il qadınlar arasında baş tutacaq basketbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
"XQ" FIBA-ya istinadən xəbər verir ki, püşkün nəticələrinə əsasən millimiz C qrupunda Belçika, Litva və Polşa yığmalarına rəqib olub. Qadın yığmamız tarixində ilk dəfə iştirak edəcəyi Avropa çempionatının seçmə mərhələ görüşlərində qrupdakı ilk oyununu 2023-cü il 9 noyabr tarixində səfərdə Litva millisinə qarşı keçirəcək.
Millimizin ikinci qrup oyunu isə 12 noyabr Bakıda, Belçika yığmasına qarşı olacaq. Qeyd edək ki, Avropa çempionatının final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.
Elçin ABBASOV
XQ