“Araz-Naxçıvan” heyətini daha bir əcnəbi ilə gücləndirib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib. “XQ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa vətəndaşı olan oyunçu artıq Bakıdadır.

Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.

Onu da əlavə edək ki, 30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, klub karyerasında ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə” komandalarında gücünü sınayıb.

Elçin ABBASOV
XQ

İdman