Azərbaycana birincilik qazandıran çempionlar Vətənə qayıdıblar

post-img

Rumıniyada keçirilən Avropa çempionatında böyük uğur qazanmış Azərbaycanın yeniyetmə şahmatçıları Vətənə qayıdıblar. "XQ" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında şahmatçılarımızı federasiya rəsmiləri, mətbuat nümayəndələri və yaxınları qarşılayıblar.

Xatırladaq ki, Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal qazanıblar. Yekunda Azərbaycan komanda hesabında da hamını qabaqlayaraq birinci yeri tutub.

 

Elçin ABBASOV,

XQ





İdman