I Liqa: "Karvan" fasiləyə üstün yollanıb

post-img

Bu gün futbol üzrə Azərbaycan I Liqasında birinci tur start götürüb. Turun ilk qarşılaşması saat 16:30-da başlayıb. Yevlax şəhər stadionunda keçirilən oyun "Karvan" və "Mingəçevir" komandaları arasında baş tutub.  

"XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbır verir ki, “Karvan” – “Mingəçevir” oyununu hakim Rövşən Rəcəbov idarə edib. Ona yan xətt hakimləri Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov kömək ediblər. Görüşdə hakim-inspektor vəzifəsini  Anar Salmanov yerinə yetirib. Matçın AFFA nümayəndəsi isə Azər Əsgərov olub.

Qeyd edək ki, qarşılıqlı hücumlar əsasında keçən mətçın ilk hissəsinin 45-ci dəqiqəsində "Karvan" komandası 11 metrəlik cərimə zərbəsi qazanıb. Penaltini Akif Tağıyev qola çevirib. Onun zərbəsi qaeşısındə "Mingəçevir"in qapıçısı Elçin Qasımov aciz qalıb-1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Elçin ABBASOV,
XQ

İdman