Azərbaycan Karate Federasiyası üzv federasiyalarla müqavilə imzalayıb

post-img

Azərbaycan Karate Federasiyası ilə üzv federasiyaların müqavilə imzalanma mərasimi keçirilib.

"XQ" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda baş tutub. Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən toplantıda 6 federasiya ilə (Milli Karate Federasiyası, Fullkontakt Kyokuşin Karate Federasiyası, Şorinjiryu Kenkokan Karate do Koşiki Karate  Federasiyası, Ənənəvi Karate do Federasiyası, Şotokan Karate do Federasiyası, Aşihara Karate Federasiyası) üzvlük müqaviləsi imzalanıb. 

Tədbirdən sonra AKF-in idarə heyətinin iclası keçirilib. İclasda sənədlərlə işin təşkili, yarışların təşkili xüsusiyyətləri, arayış və hesabatların icrası, lisenziyalaşdırma, AKF-ə üzvlük qaydaları, büdcə vəsaiti fondunun yaradılması, 2024-cü il üçün vahid təqvim planı və digər məsələlər müzakirə olunub.

Elçin ABBASOV,
XQ

İdman