Rusiyalı yarımmüdafiəçi “Neftçi”yə keçir

post-img

Rusiyalı futbolçu Reziuan Mirzov “Neftçi” ilə müqavilə bağlayacaq. 

"XQ" Rusiya KİV-nə istinadən yazır ki, 30 yaşlı yarımmüdafiəçi "Ağ-qaralar"da tibbi müayinədən uğurla keçib. 

Futbolçunun müqavilə müddəti 2023-2024-cü illər mövsümünün sonuna qədər olacaq. Pleymeykerin Rusiyanın “Ximki” klubu ilə anlaşmasının müddəti bitdiyindən “ağ-qaralar”a azad agent kimi keçəcək.

Qeyd edək ki, Reziuan Mirzov “Ximki” klununa 2020-ci ildə Moskvanın “Spartak” komandasından transfer olunub.

Elçin ABBASOV,

XQ

İdman