Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı

post-img

Azərbaycanın idman gimnastı Nikita Simonov “Challenge” seriyasına aid Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.

“XQ”Azərbaycan Gimnastika Federasiyasına istinadən xəəbər verir ki, idmançımız Türkiyənin Mersin şəhərində keçirilən yarışda qızıl medal qazanıb.

Halqalar ilə hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlayan N. Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elçin ABBASOV,
XQ

İdman