Messi cəzalandırıla bilər

post-img

ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi cəzalandırıla bilər. “NBC Sports”un məlumatına görə, buna onun MLS müntəzəm çempionatında “Nyu York Red Bulls”a qarşı keçirilən oyundan sonra jurnalistlərə müsahibədən imtina etməsidir.

Mənbənin məlumatına görə, komandasının 2:0 hesablı qələbə qazandığı görüşdə son nöqtəni qoyan 36 yaşlı hücumçu media nümayəndələri ilə ünsiyyətdən imtina edib. Liqa qaydalarına görə, qarşılaşmalardan sonra futbolçular jurnalistlərin müsahibə istəyini geri çevirməməlidirlər.

Qeyd edək ki, Lionel Messi “İnter Mayami”nin heyətində 9 oyuna 11 qol vurub, 3 məhsuldar ötürmə edib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman