Musa Qurbanlı İsveç çempionatında dubl edib

post-img

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XXI turunda “Deqerfos”la oyunda dubl edib. Bundan başqa, 4:1 hesabı ilə başa çatan matçda Qurbanlı bir məhsuldar ötürmənin müəllifi olub.

Belə ki, 21 yaşlı hücumçu matçın 58-ci dəqiqəsin 11 metrlik cərimə zərbəsi  vurmaq şansı da əldə edib. Lakin o, penaltini qola çevirə bilməyib. Bu barədə Musa Qurbanlı mətbuata açıqlamasında deyib: “Het-trik mükəmməl olardı. 1 gün əvvəlki məşqdə 20 dəqiqə penaltilər üzərində çalışmışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. Amma 2 qol da pis deyil”.

Qeyd edək ki, “Yurqorden” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman