"Araz-Naxçıvan" bu gün "Riqa" ilə qarşılaşacaq

post-img

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.

Bildirək ki, A qrupunda yer alan Azərbaycan çempionu Latviyada yerli “Riqa” ilə qarşılaşacaq.

Hər iki komanda qrupun ilk iki matçında qələbə qazandığından, bu, həlledici görüş olacaq. Qrup birincilərinin Əsas mərhələyə vəsiqə qazandığını nəzərə alsaq, “Araz-Naxçıvan” mütləq qələbə qazanmalıdır. Çünki “Riqa”nın top fərqi daha yaxşıdır.

İlk iki qarşılaşmanı cəza səbəbindən buraxan Felipinyo bu matçda baş məşqçi Vitali Borisovun sərəncamında olacaq.

Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq. 

FİFA refeeisi Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya) və Georgios Kozakos (Kipr) idarə edəcəklər. Hakim-inspektor vəzifəsini Vyaçeslav Daraqan (Ukrayna)yerinə yetirəcək.

UEFA nümayəndəsi isə Massimo Nanni (San Marino) olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman