Lionel Messi “TyC Sports”un suallarını cavablandırıb

post-img

ABŞ-ın "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi  karyerası ilə bağlı  “TyC Sports”  portalının suallarını cavablandırıb.

Karyerası ərzində "Barselona" və PSJ kimi şöhrətli klubların şərəfini qorumuş Messi karyerasını nə zaman bitirməsi ilə bağlı jurnalistin sualını belə cavablandırıb: “Düzü, hələ futboldan ayrılmağı düşünmürəm. Oynamağı, meydanda olmağı, yarışmağı və məşq etməyi çox sevirəm. Daha nə qədər oynayacağımı dəqiq bilmirəm, amma bacardıqca bundan zövq almağa çalışıram. Düşünmək, təhlil etmək və seçmək üçün vaxt var. Bu gün ən vacib şey geridə qalandan həzz almaqdır”.
 
Qeyd edək ki, Messi yay transfer pəncərəsində PSJ-dən  “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilədəkdir. 

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman