Qadın voleybolçularımız İsveçə uduzub

post-img

Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət millimiz bu gün qrupda son oyununa çıxıb.

Azərbaycan Voleybol Federasiyasından aldığımız məlumata görə, C qrupunda yer alan komandamız İsveçlə qarşılaşıb.

Bu matçda yığmamız 1:3 (17:25, 25:17, 21:25, 18:25) hesabı ilə məğlub olub. 

Qeyd edək ki, bunadək 3-cü sırada olan millimiz bu məğlubiyyətdən sonra 5 xalla 5-ci sıraya düşüb. Komandamızın növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi bu gün baş tutacaq Çexiya – İsveç qarşılaşmasından sonra bəlli olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman