Nicat Abasov dünya kubokunun yarımfinalında!

post-img

Azərbaycanlı qrossmeyster Nicat Abasov dünən hindistanlı Santoş Qucrati Viditə qarşı qara fiqurlarla heç-heçə etdikdən sonra bu gün ağ fiqurlarla qalib gəlib. Oyun 44-cü gedişdə başa çatıb.

Nicat Abasov cari turnirin əsas sensasiyasıdır. O, dünya çempionatının yarımfinalına yüksəlib. Bu yarışda ən yaxşı nəticəni yalnız 2019-cu ildə kuboku qazanan Teymur Rəcəbov əldə edib. Şəhriyar Məmmədyarov və Vüqar Həşimov yalnız 1/4 finala yüksələ bilib.

"Xalq qəzeti"

İdman