ASK Arenada "İrəvan" Futbol Komandası ilə "İmişli " Futbol Komandası arasında yoldaşlıq görüşü keçirilib

post-img

ASK Arenada "İrəvan " Futbol Komandası ilə " İmişli " Futbol Komandası arasında yoldaşlıq oyunu keçirilib.

Klubun mətbuat xitmətindən verilən məlumata görə, yoldaşlıq görüşündə iştirak edən  Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, "İrəvan" FK-nın idarə heyətinin sədri Zülfüqar Kazımov , klubun prezidenti Zahid Niyazəliyev çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişaf etməyə başlamasını xüsusilə vurğulayıblar.

Natiqlər Azərbaycanda müvəffəqiyyətlə keçirilmiş müxtəlif  beynəlxalq idman tədbirlərini və idmançılarımızın qələbələrini bir daha xatırlatdılar. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünya səviyyəli idman tədbirlərinin ölkəmizdə təşkil olunmasında göstərdikləri böyük təşəbbüslər, idman yarışları keçirilərkən tədbirlərdə şəxsən iştirak etmələri, idmançılarla görüşmələri, onları ruhlandırmaları, qalib  və uğur qazanmış idmançıları qəbul etmələri, onları dövlət səviyyəsində mükafatlandırmaları idmana göstərilən dövlət diqqətinin təzahürü olduğunu vurğulayıblar.

Yoldaşlıq oyunu "İrəvan" komandasının 1:0 hesablı qələbəsilə başa çatıb.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Liqada 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

İdman