Belarusda II MDB Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir.
Dünən Azərbaycan boksçuları yarımfinal döyüşləri keçiriblər. Məhəmmədəli Qasımzadə (60 kq), Fərhad Şeydayev (75 kq) və Ziya Həsənov (71 kq) rəqiblərinə qalib gələrək finala yüksəliblər. Ömər Aslanlı (54 kq) və Aslan Quliyev (63,5 kq) isə məğlub olduqlarından bürünc medalla kifayətləniblər.
Atıcımız Leyli Əliyeva isə pnevmatik tapançadan 25 metr məsafəyə atəş açma üzrə 567 xal toplayaraq finala yüksəlib.
Qeyd edək ki, Leyli Əliyeva bundan əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə qızıl medal qazanıb.
Avqustun 15-dək davam edəcək yarışa ölkəmiz 16 idman növündə 177 idmançı ilə təmsil olunur.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

