Azərbaycan təmsilçilərinin Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında uğurlu çıxışı davam edir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən “Xalq qəzeti”nə bildirilib ki, komandamızın aktivinə növbəti medalı ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev (+90 kq) qazandırıb. İdmançımız yarışda gümüş medala sahib olub.
Qeyd edək ki, bundan əvvəl qadın cüdoçumuz Xanım Hüseynova (70 kq), Şəhanə Hacıyeva (48 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar. Dürsədəf Kərimova (+70 kq), Namiq Abaslı (73 kq) gümüş, Xatirə İsmiyeva (+70 kq) İsmayıl Muradov (60 kq) bürünc medala sahib olublar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

