Millimiz dünya ikincisi oldu

post-img

Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən “Xalq qəzeti”nə bildirilib ki, dünya çempionatında 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113 xal) birinci, Gürcüstan (96 xal) isə üçüncü yeri tutub.

Millinin böyük məşqçisi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, dünya çempionatında Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman