Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyində təmsilçimiz Əli Şükürlü 1 qızıl, 1 gümüş medal qazanıb.
İdmançımız yaşı 20-yə qədər olan atletlər arasında təkanla qaldırma hərəkətində 195 kiloqram çəkini ram edərək bu hərəkətdə Avropa çempionu olub. O, 109 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində 160 kiloqram çəkini qaldırıb və bu hərəkətdə gümüş medala sahib olub.
Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutub.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

