Avropa birinciliyində 2 medal

post-img

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib. Finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazan­dığından boksçumuz yarışı bürünc medalla başa vurub.

İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüş­də təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman