Natan Akenin müqaviləsi yenilənib

post-img

UEFA Çempionlar Liqasının son qalibi, İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Natan Akenin müqaviləsi yenilənib. Bu barədə "Futbolhd.ru" saytı yazıb.

Bildirilir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi sosial şəbəkə hesabından təəssüratlarını bölüşüb. Natan Ake belə yazıb: "Bu böyük klubla müqaviləmi uzatmaqdan çox məmnunam. Burada mötəşəm 3 il keçirdim. Növbəti 4 ilin bizə nə gətirəcəyini görmək üçün səbirsizlənirəm".

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman