"Yuventus" avrokuboklardan kənarlaşdırılıb

post-img

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) klublara maliyyə nəzarəti orqanı “Yuventus”u 2023/24 mövsümü üçün Avropa yarışlarında iştirakdan kənarlaşdırmaq qərarına gəlib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu qərara səbəb kimi maliyyə fırıldaqları olduğu vurğulanır. Beləliklə, Turin klubu Konfrans Liqasında iştirak etməyəcək.

Avropa Futbol İttifaqı “Yuventus”u da 20 milyon avro cərimələyib, lakin bu məbləğin 10 milyon avrosu şərti olacaq və ancaq klubun 2023, 2024 və 2025-ci illər üçün illik maliyyə hesabatlarında maliyyə pozuntuları olmadığı halda belə qalacaq.

"Yuventus"un Konfrans Liqasındakı yerini A Seriyasının sonuncu püşkatmasının nəticələrinə görə turnir cədvəlində 8-ci yeri tutan "Fiorentina" tutacaq.

"Xalq qəzeti"

İdman