IBSA Prezidenti İlqar Rəhimov: Bakıda paracüdo üzrə möhtəşəm IBSA Qran Pri yarışı keçiriləcək

post-img

2022-ci ildə Bakıda ilk dəfə paracüdo üzrə IBSA Dünya Çempionatı keçirilmişdir. Təşkilatçılıq və yarışın səviyyəsi baxımından Bakıda keçirilmiş Dünya Çempionatı əvvəlki bu tip yarışlar arasında ən uğurlu hesab edilir. Bunu nəzərə alaraq IBSA qərara almışdır ki, 2023-cü ildə də şəhərimizdə paracüdo üzrə Qran Pri keçirilsin. 

Yarışın ən vacib məqamı da odur ki, IBSA qərarına görə, qaliblərə Dünya Çempionatı səviyyəsində reytinq xalları veriləcəkdir. Bu amil gözlənilən yarışa dünya ölkələri arasında marağı xeyli artırımışdır. Yarış bu il sentyabr ayının 26-27-də baş tutacaqdır. 

Artıq Bakı Qran Prisinin Təşkilat Komitəsi bir necə müddətdir ki, fəaliyyətə başlamış və tədbirlər planına uyğun olaraq bir cox işləri görmüşdür. Yarış Milli Gimnastika Arenasında baş tutacaq və cüdo üzrə Böyük Dəbilqə yarışından dərhal sonra başlayacaqdır. Qonaqların yerləşdirilməsi BADAMDAR BAKU otelində nəzərdə tutulubdur. Bildiyiniz kimi, IBSA-nın qaydalarına uyğun olaraq yarış önçəsi idmançıların tibbi təsnifatdan keçirilməsi də nəzərdə tutulur və bu tədbirin də həmin oteldə təşkil olunması qərara alınıb. Bu məqsəd ilə ayrılmış xüsusi otaqda müvafiq tibbi avadanlıqlar qurasdırılacaqdır. Dünyanin müxtəlif ölkələrindən gəlmış 4 tibbi təsnifatçı iki paneldə öz işlərini quracaqlar. Yeri gəlmişkən, mən “BATIGÖZ” klinikasına bu işdə bizə dəstək olduqlarına görə təşəkkürümü bildirirəm. Qeyd etdiyim kimi, yarış iki gün davam edəcəkdir. Yarışda hakimliyi Beynəlxalq Cüdo Federasiyasının (IJF) beynəlxalq hakimləri həyata keçirəcəklər. Buna gorə və digər köməkliklərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə öz təşəkkürümü bildirirəm.  

IJF ilə IBSA arasında cox yaxın əməkdaşlıq əlaqələri mövcuddur. Bakı Qran Prisində bu təşkilatlar arasında yeni əməkdaşlıq və tərəfdaşlıq memorandumunun imzalanması planlaşdırılır. 

Artıq dünyanin 41 ölkəsi yarışda iştirakını təsdiq edib. Bu ölkərdən gələn idmançıların sayı 250 nəfər təxmin edilir. Yarışın təşkilində bizə köməklik edən bir çox təşkilatlar və özəl qurumlar var. Mən Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini qeyd etmək istəyirəm. Eyni zamanda, Azərbaycan Cüdo Federasiyasına, Milli Paralimpiya Komitəsinin rəhbərliyinə, Bakı Nəqliyyat Agentliyinə, TOYOTA AZƏRBAYCAN şırkətinə, UNİBANK kommersiya bankına dəstəklərinə görə təşəkkür edirəm.

“Xalq qəzeti”

İdman