Türkiyənin Çanaqqala şəhərində basketbol üzrə U-20 millimizin sonuncu yoxlama oyunu keçirilib.
Oğlanlardan ibarət U-20 yığmamız son oyununda Türkiyənin U-18 millisi ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 61-49 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi kollektivin hazırlıq prosesi yekunlaşıb.
Leyla SABİRQIZI, “Xalq qəzeti”