“Neftçi” İsraildə qalib oldu

post-img

“Neftçi” 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsinin qalibi olub.

Azərbaycan təmsilçisi final görüşün­də Çin millisi ilə qarşılaşmada rəqibini 16-12 hesabı ilə məğlub edib. 

Finalın ən dəyərli oyunçusu (MVP) “Neftçi” klubunun üzvü Brianna Freyzer seçilib. 

Qeyd edək ki, “Neftçi”nin məğlub etdiyi Çin millisi reytinq xallarına görə Dünya Qadın Seriyasının bir nömrəsi və üçqat qalibidir.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman