Gəncə şahmatçılarının böyük uğuru

post-img

          8-26 iyun 2023-cü il tarixdə Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda 9-cu beynəlxalq “Çeşmə Open” şahmat turniri keçirilmişdir.

          Beynəlxalq turnirdə ümumilikdə 25 ölkədən 978 şahmatçı A,B,C və D qrupları üzrə mükafatlar uğrunda mübarizə aparmışdır. İsveçrə sistemi ilə 9 turda keçirilən beynəlxalq turnirdə Gəncə Şahmat Məktəbinin yetirməsi Bəşirli Vahid əzmkar mübarizə apararaq 9 oyundan 8 xal toplamış, C turnirinin qalibi olaraq reytinqini 132 vahid artırmışdır! O, həm də 1600-ə qədər reytinqli şahmatçı arasında 1-ci olmuşdur. Gənc şahmatçı  kubok, medal və pul mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, C qrupunda iştirak edən məktəbin digər yetirməsi Aytən Əlizadə isə 1200-ə qədər reytinqli şahmatçılar arasında III yeri tutmuşdur.

Beynəlxalq turnir ərəfəsində 516 şahmatçının qatıldığı blits turnir keçirilmişdir. Sevindirici haldır ki, həmin məktəbin yetirməsi, Beynəlxalq Qrossmeyster Vüqar Rəsulov 9 oyundan 8.5 xal toplayaraq blits turnirin qalibi olmuşdur!

          Gəncə şahmatçılarını təbrik edir və qarşıdakı yarışlarda onlara daha böyük  uğurlar arzulayırıq!

 

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 









İdman