III Avropa Oyunlarında 63.5 kq çəki dərəcəsində çıxış edən Fərid Ağamoğlanov ilkin mərhələ döyüşündə Slovakiya təmsilçisi Filip Barak üzərində böyük üstünlüklə qələbə qazanaraq ən azı bürünc medalı təmin edib. İdmançımız növbəti mərhələdə Norveç idmançısı Barrios Galarreta Miltona rəqib olacaq.
Komandamızın daha bir kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.
Bu gün, həmçinin qılıncoynatmada kişilər arasında şpaqa, qadınlarda sablya üzrə komanda yarışlarına start verilib.
Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət şpaqa üzrə kişilərdən ibarət millimiz ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Estoniya yığmasına 41:43 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Leyla QURBANOVA,
“Xalq qəzeti”