Son 12 ilin rekordu

post-img

Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb. 

Belə ki, 2022-2023-cü il mövsümün­də 17 baş hakim oyunları idarə edib. 

Daha yüksək göstərici sonuncu dəfə 2010-2011-ci il mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş ha­kim kimi təyinat alıb. Sonrakı mövsüm­lərdə bu rəqəm aşağı olub. 

Geridə qalan mövsüm üç hakim daha çox – hərəyə 16 qarşılaşmada ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olublar. 

Elçin Məsiyev və Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. On iki referi 10 və ya daha çox matçı idarə edib. Üç hakim isə yalnız bir qarşılaş­mada ədaləti qoruyub. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman