"Neftçi" ikinci qələbəsini qazanıb

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Şuşa mərhələsinə start verilib. Turnirdə komanda iki qrupda mübarizə aparır. 

Turnirin açılış oyununda Gənclər və İdman Naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov və bir sıra qonaqlar iştirak ediblər. 

Açılış oyunu Almaniya və Türkiyə milliləri arasında baş tutub. Bu görüşdə Almaniya millisi 17-9 hesablı qələbə qazanıb. B qrupunda isə Niderland "G FLOU" (Yaponiya) klubunu 15-9 hesabı ilə məğlub edib. 

A qrupunda qərarlaşan "Neftçi" klubu Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 20-11 hesabı ilə qalib ayrılıb. B qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə macarlarla oyunda 21-6 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "Neftçi" klubu ikinci oyununu Türkiyə millisinə qarşı keçirib. Neftçi klubu ardıcıl ikinci qələbəsinə imza atıb. Görüş təmsilçimizin 21:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti”

İdman