Slovakiyadan gümüş medal

post-img

Azərbaycan atleti Nazim Babayev Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında uğurlu nəticə ilə yadda qalıb.

Atletimiz uzunluğa tullanma üzrə yarışda 7,80 metrlik nəticə göstərib. Bu göstərici ilə yalnız çexiyalı Radek Yuşkadan geri qalan N.Babayev ikinci yeri tutub.

L.AZAD, “Xalq qəzeti”

İdman