“Neftçi"nin məğlubiyyəti: günah kimdədir?

post-img

 Mert Çelik və Kilian Lebo "Xalq qəzeti"nə açıqlama veriblər

 

 

Bakıda keçirilmiş Azərbaycan kubokunun final görüşündən sonra "Xalq qəzeti"nin suallarını "Neftçi" klubunun fransalı cinah hücumçusu Kilan Lebon və türkiyəli legioner Mert Çelik cavablandırıb.  

Kilian Lebon deyib: "Hücum vəziyyətləri yaradırdıq. Ancaq yaratdığımız vəziyyətlər çox da təhlükəli olmurdu. Buna baxmayaraq, rəqib 1 penalti qolu ilə qalib gələ bildi. Məncə, biz bundan əvvəl çox qol vura bilərdik. Düşünürəm ki, biz qələbəyə layiq idik. Ancaq bu, futboldur, biz vura bilmədik, onlar yararlandı. Onların əks-hücumları təhlükəli olurdu, çünki "Qəbələ" ancaq müdafiədə oynayırdı. Biz isə ancaq hücumda oynayırdıq. Ona görə də onların tez-tez əks-hücumda olmaları normaldır. Deməzdim ki, onların çox qol epizodları oldu. Məncə, bizdə daha çox hücum oldu”.

Mert Çelik isə fikrini belə ifadə edib: "Bu gün məğlub olmağımızın səbəbkarı biz özümüzük. Bu məğlubiyyətə görə heç kimi günahlandırmaq olmaz. Buna görə bizim rəhbərliyi və baş məşqçini də günhlandırmağa haqqımız yoxdur. Artıq hər şey geridə qaldı. İrəliyə doğru baxmaq lqzımdır. Çalışacağıq ki, növbəti mövsümdə daha uğurlu çıxış edək və "Neftçi"nin çoxlu titullar qazanmasında payımız olsun”. 

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman