Futbol üzrə kubokun final görüşünün hakimləri

post-img

Bu gün futbol üzrə Azərbaycan kubokunun final görüşünün hakimləri açıqlanıb.

AFFA-nın məlumatına görə, “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final görüşünü İnqilab Məmmədov idarə edəcək. Ona Kamran Bayramov, Vüsal Məmmədov və Tural Qurbanov kömək edəcəklər. Oyunun VAR hakimi Əliyar Ağayev olacaq. 

Yerli vaxtla saat 20:00-da başlayacaq matçın hakim-inspektoru Barış Şimşek, AFFA nümayəndəsi isə Seymur Ləlimlidir. Ehtiyat VAR hakimi isə Cavad Cəlilovdur.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman