Keniyalı atlet yeni rekord müəyyənləşdirib

post-img

1500 metr məsafəyə qaçış üzrə qadınların atletika yarışlarında yeni dünya rekordu qeydə alınıb. Türkiyə mediasının məlumatına görə, keniyalı idmançı Feyt Kipyegon 3 dəqiqə 49,11 saniyə ərzində 1500 metr məsafəni geridə qoyaraq yeni dünya rekordu müəyyənləşdirib.

Mənbə qeyd edir ki, o, bu uğura Romada keçirilən Brilyant Liqasında nail olub. Bununla da Kipyegon dünyada 3.50,00 saniyə göstəricisini yaxşılaşdıran ilk atlet olub.

Xatırladaq ki, bundan öncə ən yaxşı nəticəni Efiopiya idmançısı Qenzebe Diababa müəyyənləşdirib. Belə ki, o, 8 il öncə Monakoda 3.50,07 nəticəyə imza atıb.

Onu da qeyd edək ki, Kipyegon ikiqat Olimpiya və dünya çempionudur.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman