Taekvando üzrə dünya çempionatında üçüncü günün nəticələri

post-img

Dünən Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında daha üç çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Belə ki, kişilər arasında 80 kq çəki dərəcəsində finalda İtaliya idmançısı Simone Alessio ilə ABŞ təmsilçisi Karl Alan Nikolas qarşılaşıblar. Bu görüşdə İtaliya taekvondoçu rəqibdən daha üstün döyüş nümayiş etdirərək qızıl medal qazanıb. Beləliklə, bu çəki dərəcəsində İtaliya taekvondoçusu gümüş medala, Misir idmançısı Seif Eyissa ilə kolumbiya təmsilçiai Migel Treyos bürünc medala yiyələniblər.

Qeyd edək ki, 87 kq çəkidə çempionatın ən güclü taekvondoçusu Cənubi Koreya idmançısı Çanqhyun Kanq olub. Bu çəki dərəcəsində gümüş medalı xorvatiyalı İvan Sapina qazanıb. Bürünc medallara isə Artyom Plonis (Dünya Taekvondosu) və iranlı Arian Salimi sahib olublar.

Onu da əlavə edək ki, 49 kq çəki dərəcəsində qızıl medalı Türkiyə taekvondoçusu Merve Dincel qazanıb. O, finalda tailandlı Panipak Vongpattanakitə qalib gəlib. Rəqib gümüş medalla kifayətlənməli olub. Bürünc medallara isə Xorvatiya idmançısı Bruna Duvançiçi və İspaniya təmsilçisi Adriana Serezo İqlesias yiyələniblər. 

Qeyd edək ki, bu gün taekvondoçular daha 2 çəki dərəcəsində mübarizə aparacaqlar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman