Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. “Eurosport”un məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq.
Mənbə qeyd edir ki, birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, “Cüzeppe Meatsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

