Bu gün Qətərdə daha bir cüdoçumuz mübarizəyə başlayır

post-img

Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, 81 kiloqram çəki dərəcəsində çıxış edən Səid Mollayi tatami üzərinə çıxacaq.

31 yaşlı idmançı on altıda bir final mərhələsində Aleks Barto (Slovakiya)/Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman