Ulu öndərin 100 illiyinə həsr olunan üzgüçülük turniri keçiriləcək

post-img

Azərbaycan Üzgüçülük Federasiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan turnir keçirəcək.

Federasiyadan "Xalq qəzeti"nə verilən məlumata görə, yarış mayın 12-13 tarixlərində Bakı Su İdman Sarayında təşkil olunacaq.

Turnirdə 20-yə yaxın komanda müxtəlif yaş qruplarında öz gücünü sınayacaq. Açılış mərasimi mayın 12-də olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman