Yeniyetmə şahmatçı: "Qalib gəlmək üçün əlimdən gələni əsirgəməyəcəyəm"

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının iştirakçılarından biri də 200 saylı tam orta məktəbin şagirdi Uğur Kərimlidir. Yeniyetmə şahmatçı festivalla bağlı fikirlərini “Xalq qəzeti” ilə  bölüşüb. O deyib: “Beş yaşımdan etibarən şahmat oynayıram. Artı 5 ildir ki, şahmatla məşğul oluram. Bakı 3 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbində şahmat təhsili alıram. Müəllimim Xalid Atababayevdir. Şahmatın sirlərinə yiyələnməyimdə onun böyük əməyi var. Yeniyetmə şahmatçı bildirdi ki, qalib gəlmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman