Minifutbol üzrə millimiz yarımfinala yüksəlib

post-img

Minifutbol üzrə Azərbaycan millisi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib.
Millimiz Bakı Tennis Akademiyasında keçirilən yarışın “pley-off” matçında Fransa seçməsi ilə qarşılaşıb. Görüş futbolçularımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün milli komandamız yarımfinalda Serbiya ilə qarşılaşacaq. Matç saat 20:00-da başlayacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman